Berlində naməlum şəxslər nasist generalın qəbrinı açdı
Naməlum şəxslər SS generalı və Holokost ideyasının müəlliflərindən biri Reynhard Heydrikin məzarını açıb. “Berliner Kurier” xəbər verir ki, məzar açılsa da, nasist generalın qalıqlarına toxunulmayıb. Hadisənin səbəbləri bəlli deyil. Məzarda onun kimə məxsus olmasını göstərən işarələr olmayıb. Hadisəni törədən şəxslərin haradansa Heydrixin məzarı barədə informasiya aldığı ehtimal olunur. SS (almanca Schutzstaffel‎ - “mühafizə dəstəsi”) 1933-1945-ci illərdə Adolf Hitlerin mühafizəsini təmin etmək üçün fəaliyyət göstərən təhlükəsizlik təşkilatıdır. Qurumun əsası Yulius Şrek tərəfindən 1925-ci ildə qoyulub. SS-in emblemi 1933-cü ildə SS şturmhauptfüreri Valter Hek tərəfindən simvolik məbləğ olan 2,5 alman markası qarşılığında yaradılıb. Emblemdəki işarələr ildırımları simvolizə edir.