Azərbaycan əhalisinin sayı açıqlanıb
İlin əvvəlindən ölkə üzrə əhalinin sayı 71688 nəfər və ya 0,7 faiz artaraq 2019-cu il noyabr ayının 1-i vəziyyətinə 10053145 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olub.