Müştəri 40 il bir bərbərin yanına getdi, eyni FOTO çəkdi
Bristollu (Britaniya) Sem Farr 40 ildir Co Peys adlı bərbərin yanına gəlib. Bu müddət ərzində onlar dostlaşıblar. Onlar dostluğu fotoda əks etdiriblər. 71 yaşlı Sem bərbərinin yanına hər dəfə fotoapparatla gedib və nəticədə maraqlı fotoalbom alınıb. 1973 və 1985 “Əlbəttə 70-ci illərdən demək olar ki hər şey dəyişib. Dəyişməyən yalnız Co qalıb. Zaman dəyişsə də o mənim saç düzümümə baxıb və öz işində məharətli olub”, - deyə Sem bildirib. 2007 və 2015 “42 il bu insanla işləməkdən qürur hissi duyuram. O mənim dotumdur”, - deyə Co qeyd edib. Saç düzümü və ürəkaçan söhbətlər üçün Sem qonşu şəhərə getməli olur. Dostunun bərbərxanasına Bristoldan bir saatlıq yol var.