Azərbaycanda şok: İcra başçısı və müavini həbs edildi - FOTO
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı və müavini həbs edilib. Oxu.Az-ın məlumatına görə, icra başçısı Nizaməddin Məhəmməd oğlu Quliyev və müavini Ramiz Tatarov ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Məsələnin təfərrüfatı məlum deyil.  Qeyd edək ki, Nizaməddin Quliyev aprelin 5-də Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Bununla bağlı ilk məlumatı BakuPost.az yayıb.