Dünyanın ən bahalı futbolçuları — SİYAHI
Fransız futbolçu Kaylian Mbappe 225 milyon avro dəyəri ilə ən bahalı oyunçu seçilib. Komanda yoldaşı Neymar isə 185 milyon avro ilə ikinci sıradadır.
 Futbol oyununun qış transferi yaxınlaşdıqca oyunçuların transfer qiyməti araşdırılıb. Ən bahalı futbolçular arasında birinci yer Kayliean Mbappeyə, ikinci yer Neymara, üçüncü yer 180 milyon avroluq qiyməti ilə Lionel Messiyə məxsusdur.
Belə ki, siyahını dördüncü sırada izləyən Real Madridin ''Çelsi''dən transfer etdiyi 152 milyon avro qiyməti ilə Eden Hazar, beçinci sırada isə 150 milyonluq Liverpul oyunçusu Məhəmməd Salah olub. Maraqlısı odur ki, ''Yuventus''un ulduz futbolçusu Kriştiano Ronaldo bahalı futbolçular siyahısında yer almayıb. 
Qeyd edək ki, Kaylian Mbappe 20 yaşında dünyanın ən yaxşı futbolçusu olmağa namizəddir.