Sabiq icra başçısının həbsinin TƏFƏRRÜATLARI
Xəbər verdiyimiz kimi, bu gün Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov həbs olunub. Qoca Səmədovun saxlanılması ilə bağlı bəzi təfərrüatları əldə edilib. Məlumata görə, Q. Səmədovun Yevlax rayonunun icra başçısı işlədiyi dövrdə dövlət vəsaitinin xərclənməsi ilə bağlı hüquq-mühafizə və aidiyyatı qurumlar tərəfindən geniş araşdırma aparılıb. Aparılan araşdırmalar nəticəsində Q. Səmədovun dövlət tərəfindən rayona ayrılan vəsaitin düzgün istiqamətdə məsrəf etmədiyi və böyük miqdarda yeyintiyə, eləcə də mənimsəməyə yol verdiyi məlum olub. Məhz bu səbəblər də bu gün sabiq icra başçısının həbsi ilə nəticələnib. Qeyd edək ki, əməliyyatı Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirib. Xatırladaq ki, Q.Səmədov 18 fevral 2011-ci il tarixində Yevlax şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş, bu ilin oktyabrın 31-də isə vəzifəsindən azad edilib.(unikal.org) 21:43 xxx Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov həbs olunub. Sabiq icra başçısı bu gün saxlanılıb. Xatırladaq ki, Q.Səmədov 18 fevral 2011-ci il tarixində Yevlax şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş, bu ilin oktyabrın 31-də isə vəzifəsindən azad edilmişdir.(demokrat.az)