2019-cu ildə gəlirlərini ən çox artıran milyarderlər
“Forbes” jurnalı 2019-cu ildə gəlirlərini artırmağı bacaran milyarderlərin siyasını açıqlayıb.
Jurnalistlər sərvəti ən azı bir milyard dollar olan 2,2 min varlı barədə məlumatları təhlil ediblər.
İlk beşliyə Fransanın “Louis Vuitton Moet Hennessy” şirkətinin direktoru Bernar Arno, “Facebook”un rəhbəri Mark Zukerberq, “Zara” ticarət brendinin sahibi Amasio Orteqa, “Microsoft”un keçmiş baş direktoru Stiv Balmer və Hindistanın “Reliance Industries” holdinqinin sahibi Mukeş Ambaninin adı daxil edilib. 
Jurnal 2019-cu ildə gəlirlərinin ən çox azaldığı milyarderlərin də siyahısını təqdim edib. Bu siyahıya cari il 14 milyard vəsait itirən hindistanlı sahibkar Azim Premji və “Amazon” şirkətinin qurucusu Ceff Bezons rəhbərlik edir.