Polis portretini hadisə yerində unudan oğrunu axtarır - Foto

ABŞ-ın Kaliforniya ştatında müştəri rəssamın içərisində pul olan çantasını oğurlayıb.

  “Fox News”un məlumatına əsasən, kişi rəssamdan şarjını çəkməyi xahiş edib. Lakin portretçi işini bitirən kimi, müştəri onun çantasını götürərək qaçıb. Bildirilir ki, oğru tələsdiyi üçün öz portretini götürməyi unudub. Rəssamın sözlərinə əsasən, çantada 500 dollar olub. Zərərçəkən quldurun karikaturasını polisə təqdim edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəkli “Facebook” səhifəsində yerləşdiriblər. “Siz bu insanı tanıyırsınız? Və bəli, biz zarafat etmirik”, - polis əməkdaşları şəklin altından yazıblar. (oxu.az) Oğrunun portreti