Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının görüşü başladı
Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin Xarici İşlər nazirləri (Elmar Məmmədyarov, David Zalkaliani və Mövlud Çavuşoğlu) arasında üçtərəfli formatda görüşü başlayıb. Oxu.Az-ın xəbərinə görə, görüşdə üçtərəfli əməkdaşlıq məsələləri, energetika və nəqliyyat sahələrində həyata keçirilən layihələr müzakirə olunur. Görüşün sonunda birgə bəyannamənin imzalanması gözlənilir.