Sabah 15 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabrın 24-nə olan hava proqnozunu açıqlayıb.   Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək.   Havanın temperaturu gecə 6-8° isti, gündüz 11-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq.   Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək.   Nisbi rütubət gecə 65-75 %, gündüz 55-60 % olacaq.   Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.   Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-12° isti olacaq.