Yeni ildə verilməməli olan hədiyyələr

Bu il suvenirlər və simvollar yeni ildə verilməməli olan hədiyyələr olaraq antireytinq siyahısına daxil olunub.

  Bizimyol.info xəbər verir ki, “Hi-Tech”in araşdırmalarına görə, ən arzuolunmaz elektron hədiyyə üzqırxandır: “Aparılan sorğu nəticəsində insanlar istəmədikləri hədiyyələrin adlarını açıqlayıb. Bu siyahıda suvenirlər, ilin simvolu olan ağ metal siçan, üzqırxan, yumşaq oyuncaqlar, tərəzi, sabun, ülgüc, massaj xalçası, makiyaj dəsti, dəsmal və s. var”. Araşdırmalar nəticəsində həmçinin məlum olub ki, insanların yarısından çoxu yaxınlarına yeni il hədiyyəsi seçərkən onların arzularını nəzərə alır. Onlardan 18%-i mağazaya əvvəldən tutulmuş siyahı ilə gedir, 15%-i isə ilk gördüyü hədiyyəni alır.