Gürcüstan müsəlmanlarının yeni müftisi seçilib
Adam Şantadze Gürcüstan müsəlmanlarının yeni müftisi seçilib. APA-nın yerli bürosunun xəbərinə görə, müfti Beglar Kamaşidzenin 5 illik səlahiyyət müddəti başa çatdığı üçün yeni seçkilər keçirilib. Səsvermədə Beglar Kamaşidzenin müavini Adam Şantadze Gürcüstan müsəlmanlarının yeni müftisi seçilib.