Putin və Trampdan Avropaya bayram hədiyyəsi – 2,9 milyard dollarlıq çek...
Rusiya öz boru kəmərləri vasitəsilə Avropanın qaza olan asılılığının təxminən 62%-ni ödədiyi bir vaxtda Avropa belə bir aktual dilemma qarşısındadır: yaxın bir neçə il ərzində qaz haradan idxal ediləcək? Bu barədə xam mal bazarları üzrə ekspert Didye Jülyen “La Tribune” nəşrində yazır. Kömür və liqnitdən imtina edən Almaniya, Polşa və Şərqi Avropa yenidən elektrik enerjisindən asılı vəziyyətə düşəcək. Bu halda bərpa edilə bilən enerji mənbələri kifayət etməyəcək. Məqalədə deyilir ki, Avropa iqlim “lənətindən” müdafiə olunmalıdır. Bu halda ən az xərclə kömürü əvəzləyə biləcən resurs təbii qaz olacaq. Avropada qaz istehsalı çox zəifdir. Beş il əvvəl qaz istehsalı təxminən 270 milyon kub metr olduğu halda, 5 ildən sorna təxminən 200 milyon kub metr təşkil edəcək. Təbii qaza olan ehtiyac isə, əksinə, artmaqda davam edir. Nəticədə Avropa qazdan asılı vəziyyətə düşüb – ildə 350 milyon kub metr. Kömür və liqnit generatorları əvəzləndikcə bu asılılıq daha da artacaq. Rusiya boru kəmərləri ilə artıq Avropa asılılığının 62%-ni ödəyir. Onlar nominal göstəricilərdən yüksək səviyyədə işləyərək, bu il 210 milyon kub metr qaz nəql etdikdən sonra tələbatda “doyma” səviyyəsinə çatıblar. 2020-ci ildə yük bir qədər azalacaq. Belə ki, “Şimal axını – 1” qaz kəmərinin ikinci qolu “Şimal axını – 2” sualtı marşrutu ilə 55 milyon kub metr qaz nəql ediləcək. Bu da Ukrayna və Polşanın “Qardaşlıq” və “Yamal Avropa” qaz kəmərləri olmadan idxal edilən qazı 110 milyon kub metrə çatdırmaqla bilavasitə Almaniyaya nəql olunan mavi yanacağı 2 dəfə artırmağa imkan yaradacaq. Donbas münaqişəsi fonunda Moskva və Kiyevin bu həftə saziş imzalaması haqda xəbər ziddiyyətli, eyni zamanda şad xəbərdir. Belə ki, sənəd Ukrayna vasitəsilə Avropaya qaz tədarükünü davam etdirməyə imkan verəcək. Bu, Kiyevin xeyrinə 2,9 milyard dollarlıq çeklə müşayiət olunan, Putinin Avropaya Yeni il hədiyyəsidir. Bu müqaviləyə cavab olaraq ABŞ enerji strategiyası kimi “Şimal axını – 2” layihəsini maliyyələşdirən Avropa şirkətlərinə sanksiya tətbiq edib. Bu cəza tədbiri də Trampın Yeni il hədiyyəsidir. Ekspert qeyd edir ki, bu hədiyyə də ən az Putinin hədiyyəsi qədər xoş təsir bağışlamır: “Qisas diplomatiyasının bəhrəsi olan bu tədbir göstərir ki, Vaşinqton da Moskva kimi Avropaya öz qazını satmaq istəyir. ABŞ-ın əsas müttəfiqi Polşadır. “Şimal axını – 2” layihəsinin qatı əleyhdarı olan Polşa tankerlərlə limanlarına idxal edilən Amerikanın maye təbii qazına (MTQ) meydan kimi xidmət etməyə hazırdır. Polşa bu qazdan istifadə edəcək, Moskva ilə rəqabət aparmaq, qiymətləri aşağı salmaq və hətta daha sonra rus qazının Qərbi Avropaya tranzitinin bərpasının qarşını almaq üçün onu Ukraynaya nəql edəcək”. Qərbi Avropada rus qazı ilə Şərqi Avropada Amerika MTQ-i arasındakı fərq, millətçilik və dünya, enerji müstəqilliyi və dominantlıq artıq ətraflı müzakirə edilib. Rusiyanın bu yaxınlarda qaz sahəsində əldə etdiyi mühüm qələbələr şərqdə oyunun qaydasına aydınlıq gətirdiyi halda, qərbdə Amerika MTQ ilə vəziyyət qeyri-müəyyənliyini qoruyub saxlayıb. Vəziyyətə yalnız ABŞ prezident seçkilərinin nəticələri açıqlandıqdan sonra aydınlıq gələcək. Avropa uzunmüddətli enerji riskini üç tədarükçü arasında bölür: Rusiya, Amerika MTQ-i və cənubi Avropa üçün Yaxın Şərq və Afrika MTQ-i. Onların hər biri strategiyanın əsirinə çevrilib. Bu da onları bazar uğrunda mübarizə aparmağa məcbur edir. Qaz bolluğu ilə əlaqəli belə bir əlverişli gələcək ərəfəsində son 7 ildə TTF qaz satışı üzrə birja bazarında orta Avropa qiymətləri 19 avro/meqavatt-saat-ı üstələyib. Hazırda – qış aylarında qazın qiyməti təxminən 14 avro/meqavatt-saat-dır. İdarəetmə düzgün həyata keçirilsə, Avropa bazarında gələcək rəqabət qazın uzunmüddətli orta qiymətinin 9-14 avro/meqavatt-saat diapazonunda olması ilə bağlı cəlbedici proqnoza zəmanət verə bilər. (xpressa.net)