Asiyanın ən varlı şirkətinin adı açıqlandı
Çinin elektron ticarət şirkəti “Alibaba” Asiyanın ən böyük kapitala sahib olan şirkətinə çevrilib. “Nikkei Asian Review” agentliyi məlumat verir ki, qiymətinə görə dünyada yeddinci sırada olan şirkətin 2019-cu ildə gəlirləri 60 faiz artaraq, 570 milyard dollar təşkil edib.  “Alibaba” qlobal şirkətlərdən dəyəri 588 milyard dollar olan “Facebook”la, kapitalı 554 milyard qiymətləndirilən “Berkshire Hathaway” holdinqi arasında qərarlaşıb. Qeyd edək ki, dünyada ən yüksək kapitala sahib olan şirkət Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətidir.