Moskva “Su-30”ları Yerevana təhvil verdi

Rusiyanın “Su-30” SM qırıcıları Ermənistana təhvil verilib. “RİA Novosti” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Paşinyan “Su-30” SM çoxfunksiyalı təyyarələrinin alınmasını ilin əsas nailiyyəti adlandırıb. Xatırladaq ki, Ermənistan Rusiyadan dörd ədəd “Su-30” SM qırıcısı alıb. “Su-30” SN – Rusiyanın 4++ nəslinə aid ağır çoxhədəfli qırıcısıdır, əsasən, havada üstünlüyün əldə edilməsi üçün nəzərdə tutulub. Qırıcının ekipaj sayı iki nəfərdir, maksimum sürəti saatda 2125 kilometrdir (yerdə saatda 1350 kilometr).   Uçuş məsafəsi yüksəklikdə 3000 kilometr, döyüş radiusu 1500 kilometrdir.