Evdə sahibsiz qalan tısbağa yanğın törətdi - MARAQLI...
İngiltərədə ağılagəlməz hadisə baş verib. Sahibi evdə olmayan tısbağa yanğın hadisəsi törədib və köməyə yanğınsöndürənlər gəlib.
Moderator.az xəbər verir ki, Milad günündə 45 yaşlı tısbağa evdə elektrik sobasını aşıraraq yanğına səbəb olub. Evdən tüstü çıxdığını görən qonşular dərhal yanğınsöndürənlərə zəng vurublar və onlar yanğını söndürərək evdə olan tısbağanı xilas ediblər.
Hadisə sosial mediada da müzakirələrə səbəb olub. Essex yanğınsöndürənləri hadisəylə bağlı belə bir məlumat paylaşıblar:
“Bu 45 yaşlı tısbağa əsəbi görünə bilər, amma bu gün onun şanslı günüdür. Elektrik sobasını çevirirək yanğına səbəb olsa da qonşuların xəbər etməsindən sonra xilas edildiyi üçün xoşbəxt bir həyat yaşayacaq”.