Ata olmağı gözləyirdi, dəhşət yaşadı - Ailə faciəsi
Süni mayalanma ilə hamilə qalan qadın doğuş zamanı dünyasını dəyişib. Türkiyənin Kayseri vilayətində ailə faciəsi yaşanıb. 3 il əvvəl Onur Ercan ilə ailə quran Leyla Ercan ötən gün doğum evində ölüb. Süni mayalanma üsulu ilə hamilə qalan Leyla Ercan və bətnindəki əkiz uşaqlarının həyatını xilas etmək mümkün olmayıb. İddialara görə, ölümə səbəb qadının zəhərlənməsidir.