Ronaldo 6-cı dəfə ən yaxşı oldu - Foto
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Globe Soccer Awards” mükafatlarının təqdimat mərasimi keçirilib. “Qafqazinfo” xəbər verir ki, Portuqaliya millisi və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo 2019-ci ilin ən yaxşı oyunçusu seçilib. O, mükafat uğrunda mübarizədə Lionel Messi (“Barselona”), Vircil van Dayk və Məhəmməd Salahı (hər ikisi “Liverpul”) qabaqlayıb. 34 yaşlı ulduz bununla da “Globe Soccer Awards”ın versiyasına görə, ardıcıl 4-cü, ümumilikdə isə 6-cı dəfə ilin ən yaxşı oyunçusu olub. İlin ən yaxşı məşqçisi adını Yürgen Klopp (“Liverpul”) qazanıb. Alman mütəxəssis Fernandu Santuş (Portuqaliya) və Erik Ten Haaqdan (“Ayaks”) üstün olub. İlin kəşfi nominasiyasında Joao Feliş (“Atletiko”), 2019-cu ilin klubu nominasiyasında isə "Liverpul" 1-ciliyi əldə edib.