Azərbaycanda məktəblilərin qış tətili günləri açıqlandı
Azərbaycanda məktəblilərin qış tətili günləri açıqlanıb.  Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək. Qeyd edək ki, dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: - 5 gün payız tətili (16-20 noyabr); - 5 gün qış tətili (27-31 yanvar). - İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili. Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.