2019-cu ilin sosial şəbəkə ulduzunun adı bilindi
Dünyanın ən gözəl qadını seçilmiş Fələstin əsilli amerikalı model Bella Hadid 2019-cu ildə sosial şəbəkələrin ulduzu titulunu əldə edib. Münsiflər heyəti və internet istifadəçilərinin yekun rəyi “Model” dərgisində yayımlanıb. Səsverməyə əsasən “Instagram” və “Twitter” sosial şəbəkələrinin ən nüfuzlu qadını model Bella Hadiddir. 20 namizəd arasında Bella Hadidin bacısı Gigi Hadid, rusiyalı model İrina Şeyk, Adrian Lima, Kendal Cenner kimi modellərin adı olub.