Özünə tanışlıq saytında sevgili axtaran 60 yaşlı Hollivud ulduzunun profilini blokladılar - FOTO
Məşhur tanışlıq saytı dünya şöhrətli Hollivud aktrisası Şeron Stounu bloklayıb. Oxu.Az xəbər verir ki, ötən ilin sonunda 60 yaşlı Şeron 50 yaşlı italyan jurnalist Enzo Kursio ilə görüşüb. Paparatsilər cütlüyü qarabaqara izləyib, istər Nyu-Yorkda, istərsə də Romada bir neçə dəfə fotoşəkil çəkməyə nail olublar. Lakin aralarından qara pişik keçən Stoun ilə Kursio münasibətlərinə son qoydular. Məşhur “Əsas instinkt” filminin ulduzu yeni bir sevgi tapmaq üçün Amerikada tanışlıq saytı “Bumble”da qeydiyyatdan keçib. Saytın rəhbərliyi məşhur aktrisanın profilini yoxlamaq qərarına gəlib. Nəticə etibarı ilə onlar ulduz aktrisanın adı ilə başqa bir şəxsin saytda qeydiyyatdan keçdiyini zənn edərək, Stounun profilini bloklayıblar. Saytın istifadəçiləri, əsl Hollivud ulduzunun öz sıralarında olduğuna inanmayaraq, Şeronun səhifəsini şikayət ediblər. Məşhur şəxsi “Instagram” hesabında sözügedən saytda səhifəsinə girişin geri qaytarmasını tələb edib. 2014-cü ildə rusiyalı sahibkar Andrey Andreyevin “Tinder” şirkətindəki marketinq üzrə keçmiş vitse-prezidenti Uitney Uolfe ilə birlikdə hazırladığı tətbiqdən aktrisaya heç bir cavab gəlməyib. Rəşad Əliyev