Qurbanov Bordini qabaqladı
Baş məşqçilərin dünya reytinqi açıqlanıb.
 
Qaynarinfo xəbər verir ki, planetin ən güclü 1000 çalışdırıcısının siyahısında Azərbaycan Premyer Liqası iki mütəxəssislə təmsil olunub.
 
"Top-1000”də yeganə azərbaycanlı məşqçi "Qarabağ”a başçılıq edən Qurban Qurbanovdur. O, 1054 xalla dünyanın 574-cüsüdür. 47 yaşlı mütəxəssis ötən siyahı ilə müqayisədə bir addım irəliləyib.
"Neftçi”nin italiyalı məşqçisi Roberto Bordin isə yerində qalıb. Hesabında 818 xal olan 54 yaşlı mütəxəssis yenə 678-ci pillədədi.
Cədvələ "Barselona”nın baş məşqçisi Ernesto Valverde 15 min 917 xalla başçılıq edir.