Maraqlı olay: Təyyarə sərnişinləri 2019-cu ilə qaytardı
Yeni Zelandiyayanın “Eyr Nyu Zeland” aviaşirkətinə məxsus təyyarənin sərnişinləri unudulmayacaq nadir hadisənin şahidi olublar. Onlar təyyarənin göyərtəsinə 1 yanvar 2020-ci ildə qalxaraq, onu 2019-cu ildə tərk ediblər. Axar.az xəbər verir ki, bu barədə “Flaytradar24” portalı məlumat yayıb. Məsələ bundadır ki, Yeni Zelandiya ilə Fransa Polineziyası arasında 23 saat fərqi vardır. “Boinq 787-9 Drimlayner” Oklend şəhərini tərk edərkən saat 09:55 və Taiti adasının Papeete şəhərinə eniş edərkən isə 31 dekabr 2019-cu il 15:55-i göstərib. Uçuş vaxtı cəmi 4,5 saat təşkil edib. Məlumata əsasən, daha bir anoloji hadisə Tokio - Los Anceles reysində baş verib. Təyyarə 1 yanvar 2020-ci il tarixdə Yaponiyadan havaya qalxıb və 2019-cu ildə ABŞ-a eniş edib. Sərnişinlər yeni ili təkrar qeyd etmək üçün kifayət qədər zamana sahib olublar