İranda güclü zəlzələ
İranın Rəzəvi-Xorasan bölgəsində 5.8 bal gücündə zəlzələ baş verib. “RİA Novosti” xəbər verir ki, yeraltı təkan yerin 8 kilometr dərinliyində qeydə alınıb. Hazırda zəlzələ nəticəsində insan itkisi və ya dağıntılar barədə məlumat yoxdur.