Azərbaycanda prokuror və köməkçisi işdən ÇIXARILDI
Bərdə rayonunun prokuroru və köməkçisi işdən çıxarılıb.  Legion.az  "Report"a istinadla xəbər verir ki, rayon prokuroru Fəxrəddin Şamil oğlu Məmmədov və onun köməkçisi Baba Paşayev işində yol verdiyi nöqsanlara görə vəzifələrindən azad edilib.   Xatırladaq ki, rayon prokuroru F.Məmmədov bundan əvvəl Tovuz rayon prokuroru vəzifəsində işləyib. O, 2015- ci ildə Bərdə rayonuna təyinat alıb.