Sumqayıtda kənd təsərrüfatı məhsullarının satışı yarmarkası başqa əraziyə köçürüldü
Sumqayıtda kənd təsərrüfatı yarmarkası başqa əraziyə köçürülüb.
Xeberle.com-un məlumatına görə,  bundan sonra şəhərin 42-ci məhəlləsində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı yarmarkası 53-cü məhəllədə yeni inşa olunan kənd təsərrüfatı məhsullarının satışı mərkəzində təşkil olunacaq. Buna səbəb yarmarkanın əvvəlki yerində satıcıların gigiyena qaydalarına əməl etməməsi və avtomobillərin süni tıxac yaratmasıdır. İki hektar ərazidə yaradılan mərkəzdə ətraf rayonlardan olan 700 sahibkar öz kənd təsərrüfatı məhsullarını satışa çıxara biləcək. Artıq bu gündən kənd təsərrüfatı məhsullarının satışı yarmarkası həmin ünvanda fəaliyyətini davam etdirir. Adıçəkilən yarmarka Sumqayıtda hər həftənin şənbə və bazar günləri keçirilir.