"Bölgədə gərginlik artacaq" - Venesuela
Venesuela Xarici İşlər Nazirliyi İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds komandanı Qasım Süleymaninin ölümü ilə bağlı bəyanat yayıb. Axar.az xəbər verir ki, nazirlik Süleymaninin öldürülməsinin bölgədəki gərginliyi artıracağını qeyd edib. "Beynəlxalq hüquqa riayət etmək və Yaxın Şərqdə sülhün qorunmasına töhfə vermək zəruridir", - bəyanatda bildirilib.