Neymarın rekordunu qırdı - 15 yaşında
Braziliyanın "Osvaldo" klubunun futbolçusu Pablo Xuan Neymarın rekordunu qırıb. Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücumçu Gənclər Kubokunda "Ponte Perta" ilə  matçda meydana çıxmaqla turnirdə iştirak edən ən gənc futbolçu olub. O, bunu 15 yaş 3 ay 24 günlüyündə edib. Əvvəlki rekord isə hazırda PSJ-də forma geyinən  Neymara məxsus idi. O, 2008-ci ildə "Santos"un heyətində 15 yaş 11 aylığında olarkən sözügedən yarışda debüt edib. Qeyd edək ki, "Osvaldo" - "Ponte Preta" görüşü ev sahibinin 1:5 hesablı məğlubiyyəti ilə başa çatıb.