Neftin bahalaşması davam edir
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin mart müqaviləsinin dəyəri 2,41% artaraq 1 barelə görə 70,25 dollar təşkil edib. "APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında fevralda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 2,09% artaraq 64,37 dollar təşkil edib.