“Tobol” klubu Emil Balayevin rəqibi ilə müqaviləni yenilədi
Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Emil Balayevin çıxış etdiyi Qazaxıstanın “Tobol” klubu digər qapıçı ilə müqaviləni uzadıb. Klubun rəsmi “Fctobol” saytı məlumat verir ki, “Tobol”un yetirməsi olan Sultan Busurmanovla bir illik müqavilə imzalanıb. Qeyd edək ki, “Tobol”da çıxış edən millimizin üzvü Emil Balayevin komandaya erməni baş məşqçi Qriqori Babayanın gəlişindən sonra Qazaxıstan klubundan ayrılacağı haqda xəbərlər yayılıb.