ABŞ bu dəfə İraqa sanksiya tətbiq edəcək
ABŞ İraqa qarşı sanksiyalar hazırlamağa başlayıb.   Modern.az xəbər verir ki, buna səbəb İraq parlamentinin xarici qoşunların ölkədən çıxarılması ilə bağlı qətnamə qəbul etməsidir.   Bildirilib ki, xüsusilə, ABŞ biznesinin İraqın biznes dairələrilə iş qurmasına qadağa qoyulması imkanları nəzərdən keçirilir. Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp Amerika tərəfinə düşmənçilik göstərəcəyi təqdirdə Bağdadı iqtisadi məhdudiyyətlərlə təhdid edib.   Sanksiyaların tətbiq olunmasında aparıcı rolu Ağ Ev və ABŞ Maliyyə Nazirliyi oynayacaq.