İrandan böyük əməliyyat - ABŞ bazalarını bombaladı - VİDEO
ABŞ-ın İraqdakı bir neçə bazasına raket zərbələri endirilib. BAKU.WS xarici KİV-ə istinadla xəbər verir ki, raket zərbələri ABŞ-ın İraqın Ərbil şəhəri yaxınlığındakı bazasına və ölkənin qərbindəki Ayn əl-Əsəd hərbi-hava bazasına endirilib. Raket zərbələrinə görə məsuliyyəti İranın İslam İnqilabı Keşikçiləri Korpusu öz üzərinə götürüb. Qeyd edək ki, raket zərbələri iranlı general Qasim Süleymaninin öldürülməsinə cavab olaraq həyata keçirilib.