176 nəfərin öldüyü təyyarə qəzasının səbəbi..
“Ukrayna Hava Şirkətləri”nə məxsus Boeing 737 təyyarəsinin Tehranda qəzaya uğraması mühərrikin yanmasına görə baş verib.   Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tehran aeroportunun rəsmiləri açıqlama verib. Qəzada 176 nəfər, o cümlədən 9 heyət üzvü həlak olub. Təyyarə Tehrandan Kiyevə uçurdu.