ABŞ hərbi bazasına hücum zamanı ölənlərin sayı açıqlandı
ABŞ-ın İraqda yerləşən Eynül-Əsəd hərbi bazasına hücum zamanı 80 nəfər amerikalı hərbçinin həlak olduğu bildirilir. Bu barədə məlumatı İranın “Press TV” agentliyi yayıb.  “Al-Hadath” telekanalı isə xəbər verir ki, Eynül-Əsəd hərbi bazasına hücum zamanı bir neçə ABŞ silahlı qüvvələrinə məxsus təyyarə məhv edilib. Pentaqonun rəsmi nümayəndəsi Conatan Hofman İranın ABŞ-ın iki hərbi bazasına hücum faktını təsdiqləyib. Lakin Pentaqonun sözçüsü hərbçilər arasında olan itkilər barədə məlumat verməyib. Conatan Hofman ABŞ-ın Yaxın Şərqdə olan hərbçilərinin təhlükəsizliyə dair bütün zəruri tədbirləri həyata keçirdiklərini açıqlayıb.