Azərbaycan pasportu dünyada neçəncidir?
Dünyanın "ən güclü” pasportlarının yeni reytinqi açıqlanıb.
Qaynarinfo xəbər verir ki, "Henley Passport Index”in hazırladığı siyahıda Azərbaycan pasportu 76-cı pillədə qərarlaşıb. Vətəndaşlarımız 67 ölkəyə vizasız səyahət edə bilərlər.
107 ölkənin yer aldığı siyahıya Yaponiya başçılıq edir. Bu ölkənin vətəndaşları 191 ölkəyə vizasız səyahət etmək imkanına sahibdir.
İkinci yerdə Sinqapur (190), üçüncü yerdə isə Almaniya ilə Cənubi Koreya (1890) yer alıb. İlk "onluq"da həmçinin Finlandiya, İtaliya, Danimarka, Lüksemburq, İspaniya, ABŞ və Böyük Britaniya yer alıb.