Nazirlik “Kristal Abşeron”u CƏRİMƏLƏDİ
Sumqayıt şəhəri, 9-cu mikrorayon, 59 və 60-cı binaların qarşısında ağac kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.   Sözügedən əraziyə keçirilən baxış zamanı 1 ədəd söyüd  ağacının kəsildiyi aşkar edilib.   Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.   O qeyd edib ki, araşdırma zamanı ağacın “Kristal Abşeron” Mənzil Tikinti Kooperativi tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib olunub və 1800 manat məbləğində ziyan müəyyən edilib.