İranın dini lideri: “Ötən gecə ABŞ-a bir şillə vurduq”
Ötən gecə regionda ABŞ-a bir şillə vuruldu. Virtualaz.org bildirir ki, bunu İranın dini lideri Ayətulla Əli Xamenei Qum şəhərində çıxış edərkən deyib. Onun çıxışı dövlət televiziyası ilə yayımlanıb. Toplaşanlar “Amerikaya ölüm!” və “İsrailə ölüm!” şüarları səsləndirəndə Xameneinin çıxışı müvəqqəti kəsilib. "Düşmənlər - bu"Amerika, İsrail və həyasız sistemdir, - deyə dini lider əlavə edib. Xameneinin sözlərinə görə, nüvə proqramı İrana lazımdır, çünki ondan imtina "Amerika hökmranlığına gətirib çıxarardı". Xamenei həmçinin bəyan edib ki, İranın silahlı qüvvələri intiqam üçün bu hücumla kifayətlənməyəcək.