Rusiyada bomba həyəcanı: 670 nəfər təxliyə edildi
 
Gecə saatlarında Sankt-Peterburq - Arxangelsk qatarında bomba olması ilə bağlı həyəcan verilib.
Qaynarinfo Rusiya KİV-nə istinadən xəbər verir ki, saat 02:25 sadələrində Voloqda vilayətindəki Suxon stansiyasına naməlum nömrədən zəng daxil olub. Bundan sonra qatarda olan 670 sərnişin təxliyə edilib.
Aparılan axtarış tədbirləri zamanı naməlum cisim aşkarlanmayıb.
Faktla bağlı cinayət işi açılıb.
Anonim zəng vuran şəxsin qadın olduğu bildirilir.