Bu ölkədə yaşı yüzdən yuxarı 400-ə yaxın insan yaşayır
Belarusda yaşı yüzdən yuxarı olan 382 insan yaşayır.

"Legion" modern.az-a  istinadən xəbər verir ki, bunu Belarusun Əmək və Sosial Müdafiə naziri İrina Kosteviç bildirib.
Onun sözlərinə görə, yaşı yüzdən yuxarı olanların 68-i paytaxt Minskdə yaşayır.
Nazir qeud edib ki, dövlət yaşlı insanların həyat tərzini yüksəltmək üçün lazımi işlər həyata keçirir.
"Hazırda Belarusda İkinci Dünya müharibəsi iştirakçısı olan 5,5 min nəfər yaşayır", - deyə  İrina Kosteviç bildirib.