1480 nəfər erməni əsirliyindən xilas edilib, 29 uşaq, 98 qadın isə... (STATİSTİKA)
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların yeni statistikasını açıqlayıb.
Dövlət Komissiyasının İşçi qrupundan Modern.az-a verilən məlumata görə, 1 yanvar 2020-ci il tarixinə Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların sayı 3889 nəfərdir.
İtkin düşmüş şəxs kimi rəsmi qeydiyyata alınmış hərbçilərin sayı 3170 nəfər, mülki şəxslərin sayı 719  nəfərdir. Ümumilikdə itkinlərin 3622 nəfərini kişilər, 267 nəfərini qadınlar təşkil edir.
İtkin kimi qeydə alınmış mülki şəxslərdən uşaqlar 71 nəfər, qadınlar 267 nəfər, qocalar 326 nəfərdir.
 
Haqqında Dövlət Komissiyasına əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslər isə hazırda 871 nəfər təşkil edir.  Bunlardan 773-ü kişilər, 98-i qadınlardır.
Əsir-girov götürüldüyü bildirilən şəxslərin 604 nəfəri hərbçi, 267 nəfəri mülki şəxsdir. Mülki şəxslərin 29 nəfəri uşaqlar, 98 nəfəri qadınlar, 112 nəfəri qocalardır.
1 yanvar 2020-ci il tarixinə olan məlumata görə, əsir və girovluqdan azad edilmiş şəxslər 1480 nəfər olub. Onlardan hərbçilər 378 nəfər, mülki şəxslər 1102 nəfər təşkil edib.
Əsir və girovluqdan azad edilmiş mülki şəxslərin  224-ü  uşaqlar,  357-si qadınlar,  225-i qocalar olub.