689 nəfərin namizədliyi qeydə alındı
Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2416 namizəd müraciət edib. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 2305 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 2193 nəfəri imza vərəqələrin artıq götürüb. 1255 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 689 nəfər qeydə alınıb.