DİQQƏT ! İnternetdən alış-veriş edərkən ALDADIRLAR - VİDEO
Azərbaycanda online satışla məşğul olan bir çox səhifə burada satılan malların dəyişdirilmədiyi və qaytarılmadığı ilə bağlı elan yazıb. Mütəxəssislər bu halın qanunvericiliyə zidd olduğunu bildirir və xüsusi ilə online alış-veriş edərkən diqqət edilməsi vacib olan nüansları diqqətə çatdırırlar. Online ayaqqabı satışı ilə məşğul olan səhifə alınan məhsulların geri qaytarılmadığını, dəyişməyin isə yalnız eyni ayaqqabının başqa ölçüsü ilə mümkün olduğuna dair xəbərdər edici mətn paylaşıb. Uşaq paltarlarının satışı ilə məşğul olan bir səhifə isə qaytarılmanın və dəyişmənin mümkün olmadığını qeyd edib. Bundan başqa bir çox səhifələrdə də belə qeydləri görmək olur.Mütəxəssislər isə bu halın qanunvericiliklə qadağan edildiyini bildirir. Marketoloq Sabit Məmmədov bildirir ki, bu kimi səhiflərdən alış-veriş edərkən xüsusi ilə tanınmış və rəsmi satış ünvanı olan səhifələrə müraciət etmələri tövsiyyə edilir. Mütəxəssisin sözlərinə görə, bu müqavilə də istehalakçıların hüquqlarını məhdudlaşdırmamalıdır, əks halda etibarsız sayılır. Bu kimi problemlərlə qarşılaşanlar isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərlər.