"Belarusa xəyanət etmərəm, heç kimə vermərəm!" - Lukaşenko
Belarusda suverenitet və müstəqillik barədə hər cür söhbətləri yığışdırmaq lazımdır. Bu barədə mədəniyyət və incəsənət mümayəndələrinə «Mənəvi dirçəliş» xüsusi mükafatın və «Belarus İdman Olimpi» mükafatının təqdimatı mərasimində prezident Aleksandr Lukaşenko bəyan edib (BelTA). «Siz, yəqin ki, görmüsünz, öz çıxışlarımda (hətta xeyli rəsmi, yeni il təbriklərimdə) mən tez-tez suverenik və müstəqillik barədə danışıram. İnanın, bu, ürəkdəndir. Burada heç bir yalan yoxdur, burada mənim heç kimə yarınmaq məqsədim də yoxdur. Mən, gerçəkdən bu ideyaya sadiqəm. Və sadəcə sadiq yox, gəlin artıq təvazökarlıdan kənar…» - Belarus lideri deyib. Bu zaman prezident Belarusun tarixini xatırladıb – o xalqın ki, heç vaxt qansız suveren və müstəqil dövlət qurmaq imkanları olmayıb. «Bizim, bu unikal imkandan istifadə etməməyə haqqımız yoxdur… Bu dövləti biz, gerçəkdən quracağıq – möhkəm əsaslarını yaradacağıq. Gəlin pafossuz danışaq: yalnız özümüz üçün yox, hər birimizin ən qiymətlisi və əzizi olan uşaqlarımız üçün» - Belarus lideri bəyan edib. Lukaşenko əlavə edib ki, Belarusun birinci prezidenti olmaqla, onun bəxti gətirib… Prezident eyni zamanda, onu da qeyd edib ki, özünü təmizə çıxartmır və heç kimdən qorxmur, amma hamını Belarusun mövcudluğunun qaynar dövrü barədə xəbərdar etmək istəyir. «Biz, yalnız nazik buz və ya ülgüc üstündə getmirik. Biz gedirik və sağa-sola ləngər vururuq. Allah eləməsin, qeyri-dəqiq, yanlış addım atsaq – biz, hər şeyimizi itirərik. Suverenlik və müstəqillik barədə hər cür söhbətləri dayandırmaq lazımdır… ki, kimsə Belarusu kiməsə vermək istəyir. Bəlkə kimsə istəyir… Ancaq ilk prezident – bu ölkəni quran prezident yox!» - Lukaşenko bəyan edib. Lukaşenko dəfələrlə qeyd edib ki, Belarusun müstəqilliyi və suverenliyi dönməzdir. Prezidentin sözlərinə görə, o, heç vaxt respublikanı «bir boçka neftə» satmaz.