49 il Omana rəhbərlik edən sultan vəfat etdi
Oman sultanı Qabus bin Səid Əl Səid 79 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə ölkənin dövlət informasiya agentliyi sultanın dəftərxanasına istinadən xəbər verib. Oman sultanı 2015-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkirdi və son vaxtlar onun səhhətinin pisləşməsi barədə dəfələrlə müxtəlif KİV-də məlumatlar yer alırdı. Qeyd edək ki, sultan Qabus bin Səid Əl Səid 49 il (1970-ci ilin 9 avqustundan) Omana rəhbərlik edib