Tramp: İran ABŞ-ın dörd səfirliyinə hücum planlaşdırmışdı
Prezident Donald Tramp iranlı general Qasım Süleymaninin öldürüldüyü ərəfədə ABŞ-ın dörd səfirliyinə hücum planlaşdırıldığını iddia edib. APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Tramp bu barədə “Fox News”a müsahibəsində bildirib. O qeyd edib ki, həmin ərəfədə İran genişmiqyaslı hücum planlaşdırıb: “Bunu açıq deyə bilərəm. Fikrimcə, bu hücum ABŞ-ın dörd səfirliyini əhatə edəcəkdi”. Tramp İran tərəfindən hücum planlaşdırılan ABŞ-ın səfirliklərindən birinin Bağdadda olduğunu desə də, digər diplomatik nümayəndəliklərin adını açıqlamayıb.