“Twitter” Xamneyinin hesabını bağladı
“Twitter” sosial şəbəkəsi İranın ali lideri Əli Xamneyinin ingilisdilli hesabını bağlayıb.   Modern.az-ın məlumatına görə, Ə.Xamneyinin hesabını açarkən ingilis dilində “Diqqət: bu hesabın aparılması müvəqqəti dayandırılıb” yazısı çıxır.   Bununla belə, ali liderin fars, fransız və ərəb dillərində olan hesabları fəaliyyətini davam etdirir.