Sirus Təbrizlinin qızı danışdı: “Atamın yaxın dostları bizi unutmayıb”
“Əgər söhbət atamın ən yaxın dostlarından gedirsə, onlar bizi axtarır”.   Bu fikirləri Modern.az-a açıqlamasında mərhum eks deputat Sirus Təbrizlinin qızı Arzu Təbrizli atasının dostları barədə danışarkən deyib.   Ancaq o, atasının dostlarının kimliyini açıqlamayıb:   “Əsas odur ki, ən yaxın dostları bizi unutmayıb”.   Qeyd edək ki, Sirus Təbrizli 1942-ci il mayın 9-da Təbriz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Yeni Azərbaycan Partiyasının sədr müavini işləyib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. Tənqidi çıxışlarına görə 2007-ci ildə YAP-dan xaric edilib.