Pompeo: Süleymaninin ölümündən sonra dünya daha təhlükəsiz oldu
Yalnız “Əl-Qaidə” terror qruplaşmasının keçmiş lideri Usama Ben Laden İran generalı Qasım Süleymanidən daha çox amerikalı öldürüb. “İnterfaks” xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib. “Usama Ben Laden istisna olmaqla, əlində Süleymanidən daha çox amerikalının qanı olan başqa bir terrorçu yoxdur. Süleymani 600-dən artıq ABŞ vətənpərvərini öldürüb. Onun ölümündən sonra dünya daha təhlükəsiz oldu”, - Pompeo bildirib.