Qvatemalanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb
Qvatemalanın seçilmiş yeni prezidenti, 63 yaşlı Alexandro Jammattei rəsmən öz vəzifəsinin icrasına başlayıb. Bu barədə “Report” TASS-a istinadən xəbər verir. Qeyd edilir ki, inaqurasiya mərasimi Migel Anxel Asturias adına Milli Teatrda olub. O, sağ mərkəzçi “İrali” partiyasından namizəd kimi 2019-cu ilin 11 avqustunda keçirilmiş prezident seçkilərinin ikinci turunda qələbə qazanıb. Alexandro Jammattei bundan əvvəl dörd dəfə ən yüksək dövlət vəzifəsinə iddialı olub. Qeyd edək ki, Qvatemalanın yeni prezidentinə sui-qəsd planının üstü açılıb. Andiçmə mərasimi günü hüquq-mühafizə orqanları yeni dövlət başçısının adının hədəf kimi qeyd olunduğu bir neçə telefon danışığını qeydə alıblar.