"Malaysia Airlines" 25 ədəd "Beoing 737 MAX"dan imtina edib
“Malaysia Airlines” şirkəti ABŞ-ın "Boeing" korporasiyasına sifariş etdiyi "Beoing 737 MAX” markalı 25 ədəd sərnişin təyyarəsindən imtina edib. “Report” bu barədə xarici mətbuata istinadən xəbər verir. "Boeing"in aviaşirkətin qərarına münasibəti belə olub: "Müştərilərimizdə "737 MAX" modelinə inam yaratmaq üçün əlimizdən gələni edəcəyik”.  Xatırladaq ki, 2018-2019-cu illərdə sözügedən təyyarələrlə baş vermiş qəzalardan sonra "Boeing”in sifarişləri 11 illik minimumunu yeniləyib.